2016-c ilin ikinci yarısından etibarən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Pharmexpert şirkəti istehsalçıların dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin Tarif Şurasında qiymələrinin tənzimlənməsi prosesini tam və operativ şəkildə müşayət edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün müraciət forması və müraciətlərə baxılma müddətləri,tənzimlənmiş qiymətlərdə dəyişikliklər edilməsi  qaydaları müəyyən edilmişdir.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün istehsalçılar aşağıdakı sənədləri Tarif Şurasının Katibliyinə təqdim etməlidirlər.

  • Bəyannamə forması
  • Dərman vasitəsinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması haqqında sənədin (qeydiyyat vəsiqəsinin) surəti;
  • Yerli istehsal olan dərman vasitələri üçün auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları;
  • Dərman vasitəsinin istehsal, idxal edildiyi və ya farmasevtik forma aldığı ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə ən ucuz satış qiymətlərini göstərən və həmin ölkələr üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən Azərbaycan dilinə rəsmi tərcüməsi təsdiq edilən qiymət sənədləri;
  • GMP (Good Manufacturing Practice) sertifikatı olduğu təqdirdə, sertifikatın notariat qaydasında təsdiq edilmiş surəti;
  • Orijinal dərman vasitəsinə ilk dəfə qiymət müəyyənləşdirildikdə onun orijinal olduğunu sübut edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
  • İstehsalçı tələb olunan sənədləri Tarif Şurasına özü birbaşa təqdim etmədiyi və ya edə bilmədiyi halda onun nümayəndəsi etibarnamə ilə istehsalçının adından sənədləri Tarif Şurasına təqdim edə bilər.

Sənədlər tam təqdim edilmədikdə,sənədlərdə təhrif edilmiş və ya qeyri-dəqiq məlumatlar olduqda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən imtina edilə bilər. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən əsaslandırılmış imtina barədə istehsalçıya yazılı məlumat verilir. Sənədlər tam təqdim edilmədikdə, 5 (beş) iş günündən gec olmayaraq, çatışmazlıqlar barədə Katiblik tərəfindən istehsalçıya yazılı məlumat verilir.

İlk qiymət tənzimlənməsi üçün müraciət etmiş istehsalçının sənədlərinə 30 (otuz) gün müddətində baxılır. Bu müddət qiymət tənzimlənməsi üçün təqdim edilən sənədlərin tam daxil olduğu gündən hesablanır.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sonrakı müraciətlərə 20 (iyirmi) gün müddətində baxılır.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılır. Şuranın öz təşəbbüsü ilə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə növbədənkənar qaydada baxıla bilər.

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 (iki) iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir.

Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 (beş) faizdən artıq dəyişmələr olduqda, Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılır.

Bazis qiymətin və ya istinad ölkəsinin dəyişilməsi ilə bağlı topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətində 5 (beş) faizdən artıq azalma olduqda, qiymətlərdə müvafiq dəyişiklik edilməsi üçün istehsalçılar bu barədə 3 (üç) ay müddətində Katibliyə yenidən bəyannamə təqdim edirlər.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydaları haqda daha ətraflı məlumatı aşağıdakı təlimatdan ala bilərsiniz.

Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair TƏLİMAT