Pharmexpert şirkəti beynəlxalq bazarda öz məhsullarını tanıtmaq və satmaq üçün nümayəndələr axtaran, yeni müştərilərinə daha yaxın virtual bir iştirakı təmin edən əczaçılıq istehsalçıları üçün nümayəndəlik xidmətlərini təklif edir.

Biz sizin şirkətinizi Azərbaycan Respublikasının ərazisində satış və marketinq üzrə nümayəndə qismində təmsil edəcəyik və sizin biznesi inkişaf etdirəcəyik.

Öz satış və marketinqini autsorsinq etməyi düşünən istehsalçılar üçün bu xidmət çox idealdır və onlara aşağıdakı imkanları yaradır:

• Satış və marketinq üzrə nümayəndə qismində fəaliyyət göstərmək

•İstehsalçının nümayəndəsi qismində  çıxış edərək sizin maraqları ölkəmizdə təmsil etmək

•Sizin Azərbaycanda fəaliyyət göstərən biznesinizin optimallaşdırılması

• Marketinq planlarının hazırlanması

• Sizin üçün yeni biznesin işə salınması

• Sifarişlərinizin izlənməsi

• Satış proqnozlarının hazırlanması

• Markanın yaradılması (PR, media, satış kanalı və s.)

• Yeni hədəflərin qoyulması

• Ehtiyac olarsa, nümayəndəliyin sizin müştərilərinizə əlaqələndirici şəxs qismində xidmət göstərməsi

• Daim sizin preparatların potensial müştərilərin diqqət mərkəzində olmasını təmin etmək.

• Sizin istəyinizə uyğun istənilən digər xidmətlər

İstehsalçının nümayəndəsi nədir?

İstehsalçının nümayəndəsi müəyyən bir ərazidə fəaliyyət göstərən və birdən çox istehsalçının əlaqəli, lakin rəqib olmayan məhsullarını satan kommersiya təşkilatıdır. Nümayəndənin gəlirləri ərazidə satışdan gələn komissiyalar hesabına formalaşır. Nümayəndə qanuni mülkiyyət hüququ əldə etmir və ya fiziki olaraq satılan mallara sahib deyildir.Bir qayda olaraq, istehsalçı ilə distribyutor arasında rəsmi müqavilə birbaşa bağlanır.

Nümayəndəlik modelinin tətbiqi ona gətirib çıxarır ki,nümayəndə mövcud ərazidə öz bilik və təcrübəsinə əsaslanaraq,marketinq və satış üzrə şəbəkə qurur. Bu biznes model, istehsalçıya yeni bazarlara tez və effektiv şəkildə daxil olmağa imkan verir. İstehsalçının nümayəndəsi yaxşı təlim keçmiş və bazar haqqında yaxşı məlumatlı olan işçiləri ilə qısa müddətdə mümkün satış səviyyəsini təmin edir. Nümayəndə istehsalçı üçün bazarla daha geniş və daha sabit bir geri əlaqə vasitəsi yaradır. İstehsalçının nümayəndəsi öz ərazisində tanidığı müştərilərinə bir neçə məhsul xətti satdığı üçün o bazarı haqqında daha etibarlı və aktual məlumatlara malikdir. Nümayəndənin müştəriləri inamla bazarda olan dəyişikliklər və yeni imkanlar haqda onunla müzakirələr aparırlar, həmçinin narazılıqlarını, təriflərini və təkliflərini ifadə edirlər və nümayəndəlik bu məlumatı zavod personalı ilə paylaşır.

Çox şaxəli satışlar sayəsində, bazara birdən  çox məhsul xətti gətirilir,buna görə də satışların səmərəliliyi və səviyyəsi artır. Nümayəndəlik bir neçə növ məhsul xətti satır ki, bu səbəbdən də satış prosesində,istehsalçının öz satış menecerləri ilə müqayisədə daha çox sayda müştərilərlə üzləşir. Beləliklə, geniş çeşidli məhsulların satışı daha geniş,dəqiq müəyyən edilmiş müştəri bazası əldə etməyə,bazara daha dərin daxil olmağa və satışların artmasına gətirib çıxarır.

İstehsalçının nümayəndəliyi satış ofisinin saxlanması üçün istehsalçının çəkməli olduğu xərcləri istisna edir. Nümayəndə öz komissiyasından işçi heyəti və ofis xərclərini ödəyir, yeni işçilər işə qəbul edərək onlara təlim keçir. Onlar  vergi, sığorta, pensiya, səyahət, əyləncə, ticarət sərgiləri və inzibati xərcləri öz hesablarına ödəyirlər. Bu biznes model,satış üçün proqnozlaşdırıla bilən xərcləri müəyyən edir. Komissiyalar nümayəndəliyə sifariş verildikdən sonra ödənilir və bu, istehsalçıların marketinq xərclərini azaldır.

Pharmexpert şirkəti,satış xidmətlərinin autsorsinqinin həm istehsalçı, həm də autsorsinq xidmətini təklif edən şirkət üçün yaxşı bir həll yolu olduğuna əmindir.

Hər kəs bu gün bazarda təzyiq və rəqabətətin hələ də davam etdiyini aydın bilir. Hər bir şirkət, o cümlədən siz, daha səmərəli və effektiv olmaqla yanaşı, öz məhsulunuzun dəyərini qaldırmaq və xərcləri azaltmaq istəyirsiniz.

Aydındır ki, yalnız qeyd olunan nəticələrə nail olmaq kifayət deyil, sizə az xərc daxilində müştərilərinizə daha çox fayda gətirəcək,daha keyfiyyətli məhsul lazımdır. Eyni zamanda,müştərilərinizə sizdə olan yeni məhsulun onlara hansı xeyir gətirəcəyini izah etməlisiniz.

Müştəri xidməti bu gün yerli bazarlarda səlahiyyətli, motivasiyalı nümayəndələrin olmasını tələb edir. Belə hallarda, həll yolu satışın autsorsinqidir. İstehsalçınin nümayəndəsi vasitəsilə autsorsinqin həyata keçirilməsi, xərclərin azaldılması, satışların artırılması və eyni zamanda fəaliyyətin əsas istiqamətlərini diqqət mərkəzində saxlamaq adi praktikadır.Bu yolla siz bazara daxil olmaq üçün üstünlüklər, eləcə də əlaqəli məhsulların sinerjisinə əsasən satışa bağlı olaraq artan və azalan iqtisadi faydalar əldə edirsiniz.

Satışın autsorsinqi, sizin üçün müştərilərinizə ən yaxşı xidmət təqdim etməklə daha az xərclə daha çox və daha yaxşı satıcıları cəlb etmək üçün ən yaxşı yoldur.

Distribütor münasibətləri:

Yerli distribütor şəbəkələri ilə olan möhkəm əlaqələrimiz Pharmexpert şirkətinə, istehsalçılar üçün uğurlu satışlar təşkil etməyə imkan verir. Bu tərəfdaşllq münasibətləri son istifadəçi ilə təmasda olamq üçün əsasdır və mövcud distribütor kanalları vasitəsilə məhsulların birgə yayılmasına imkan verir.

Əgər siz,özünə nümayəndə axtarışında olan istehsalçılara bizim təklif edə biləcəyimiz imkanlar haqda daha çox məlumat almaq istəyirsinizsə,zəhmət olmasa bizə müraciət edin ki,biz sizin tələbləri öyrənək.

Open chat
1
Hello.For contact right now,,please,push the icon below.
Здравствуйте.Для контакта прямо сейчас,нажмите,пожалуйста,иконку ниже.
Powered by