Farmakonəzarət(FN) dərman vasitələrinin istifadəsinin mümkün mənfi təsirlərini müəyyənləşdirmək, qiymətləndirmək, anlamaq və qarşısını almaq məqsədi ilə tədqiqat və fəaliyyətlərdir.

Hər bir dərman vasitəsinin istənilməyən bəzi əlavə təsirləri yarana bilər. Bir çox əlavə təsilər yüngül olarkən bəziləri ciddi ola bilər. Dərman vasitələri qeydiyyata alınıb istifadə üçün bazara çıxmamışdan əvvəl əhatəli klinik tədqiqatlar ilə test edilirlər. Ancaq dərman vasitəsinin geniş olaraq və ya uzun müddətli istifadəsində yaranacaq əlavə təsirlərdən bəziləri aşkarlanmamış ola bilər. Buna görə də qarşılaşdığınız dərman vasitələrinin əlavə təsirlərini bildirməyiniz əvvəllər bilinməyən əlavə təsirlərin və dərman vasitəsi ilə əlaqədar digər problemlərin aşkarlanmasında və lazımlı tədbirlərin görülməsində böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr
tarixli 503 nömrəli Qərarına ilə “Dərman vasitələrinin farmakonəzarət
QAYDASI” təsdiq edilmişdir.Bu qaydaya əsasən dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətin tənzimlənməsi məqsədilə ölkə ərazisində Farmakonəzarət sisteminin tətbiqinə başlanılmışdlr.

Pharmexpert şirkəti dərman vasitələrinin dövlət qeydiyyati vəsiqələrinin sahiblərinə və bütün müalicə-profilaktika müəssisələrinə (mülkiyyət formasından asılı olmayaraq) Farmakonəzarət sahəsində aşağıdakı xidmətləri təklif edir:

  • Farmakonəzarət üzrə məsul şəxs
  • Farmakonəzarət üzrə milli səviyyədə əlaqədar şəxs vэ onun müavini
  • 24/7 farmakonəzarət xidməti
  • Təhlükəsizlik tədbirlərinin hazırlanması və həyata keçirilməsi
  • Bazarda dərman vasitələrinin təhlükəsizliyinə və effektivliyinə daimi nəzarət
  • Səlaiyyətli Orqanla daimi əlaqə
  • Qanunvericiliyin izlənməsi və yeni dəyişikliklər haqda vəsiqə sahibinin məlumatlandırılması
  • Vəsiqə sahibinə aylıq və rüblük hesabatların təqdim edilməsi
  • Dərman vasitələrinin farmakonəzarət sisteminin ekspertizasının aparılması prosesinin müşayiəti.
  • Daxil olmuş əlavə təsirlər haqda bildirişlərin validasiyası,analizi və qiymətləndirilməsi,yerli qanunvericiliyin müəyyən etdiyi müddət ərzində Quruma və vəsiqəsi sahibinə məlumatın verilməsi
  • Arzuolunmayan hallar və reaksiyaların dövri xəbərdarlıqlarının hazırlanması
  • Farmakonəzarət Sisteminin Əsas Dosyesinin (FSƏD) hazırlanması
  • Dərman vasitələrinin təhlükəsizliyi üzrə dövri olaraq yenilənən təhlükəsizlik hesabatları (DYTH) hazırlanması
  • Risk İdarəetmə Planının (RİP) hazırlanması
  • Sənədlərin arxivləşdirilməsi
  • Farmakonəzarət üzrə Standart Əməliyyat Proseduralarının (SƏP) hazırlanması

Farmakonəzarət üzrə təqdim etdiyimiz xidmətlərin dəyəri görüləcək işlərin həcmindən asılıdır və fərdi olaraq təyin olunur.