PHARMEX şirkəti sizə Azərbaycan Respublikasının əczaçılıq bazarında geniş spektrli xidmətlər təklif edir. Şirkət farmasiyanın əczaçılıq istehsalı, kliniki tədqiqatlar, qeydiyyat məsələləri, o cümlədən tibb və biznes kimi müxtəlif sahələrdə ali təhsil almış, dərin biliklər və çoxillik təcrübəyə malik mütəxəssislər komandası tərəfindən qurulmuşdur. Komandamızın professionallığı, Azərbaycanın əczaçılıq bazarına istehsalçıların keyfiyyətli, effektiv və təhlükəsiz məhsullarının çıxarılması prosesini sürətləndirməyə yönəlmişdir.
Öz fəaliyyətimizdə biz,partnyorlarımızla sivil və uzunmüddətli münasibətlər qurmağa xüsusi diqqət ayırırıq.İstənilən məsələnin optimal həlli üçün ümumi maraqlara əsaslanaraq daha əffektiv yol tapmağa çalışırıq.
Biz əczaçılıq bazarını dərindən araşdırmışıq və çox gözəl bələdik, ona görə əczaçılıq sferasının inkişafı haqda aktual informasiyaya malikik.Biz keyfiyyətin yüksək standartları və biznesin etik aparılma qaydalarına sadiqik.
Biz çalışırıq ki,müştərilərimizə maksimum informasiya təqdim edək və buna görə şirkətin veb səhifəsində siz həmişə əczaçılıq sahəsinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların son redaktələri ilə tanış ola bilərsiniz.
Tibbi məhsullara nəzarət sahəsində vəziyyətin dəyişkən olmasına baxmayaraq biz bütün dəyişiklikləri ətraflı öyrənirik və qısa müddətdə öz müştərilərimizə hərəkət planını təqdim edirik. Çünki PHARMEX olaraq biz öz missiyamızı-əhaliyə vacib olan dərman vasitələri və digər tibbi məhsulların Azərbaycan Respublıkasının əczaçılıq bazarına operativ şəkildə təqdim etməkdə görürük.
Şirkət həmçinin MDB (postsovet ölkələri) və AİB ölkələrində dərman təhlükəsizliyi xidmətləri göstərir. Fəaliyyətimiz haqqında daha çox məlumatı pharmex.co qlobal internet səhifəsindən əldə edə bilərsiniz.