Pharmexpert şirkəti Azərbaycanda Bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) qeydiyyatı xidmətini təklif edir. Mövcud qanunvericiliyə əsasən BFMQƏ məcburi Dövlət qeydiyyatına alınmalıdır. BFMQƏ-nin qeydiyyatı dedikdə BFMQƏ-nin ekspertizası və sertifikasiyası nəzərdə tutulur.

Bizim şirkət Bioloji Fəallığa Malik Qida Əlavələrinin qeydiyyatı,ekspertizası və sertifikasiyası prosesini bütün mərhələlərdə kompleks müşayət edir.

Tərəfimizdən təqdim edilən xidmətlərin alqoritmi aşağıdakı kimidir.

Ekspertiza(1-ci mərhələ)

İstehsalçı ilə Pharmexpert şirkəti arasında Konfidensiallıq haqda müqavilə bağlanır və biz istehsalçıdan qeydiyyat dosyesini elektron formatda qəbul edirik;

Bizim ekspertlər 2-3 gün ərzində sənədləşmənin texniki ekspertizasını aparır və istehsalçıya qeydiyyat prosesinin dəqiq qiyməti bildirilir;

Qiymət razılaşmasından sonra biz qeydiyyat xidməti göstərilməsi üçün istehsalçı ilə müqavilə bağlayaraq.qeydiyyat işlərinə başlayacağıq.

Preparatın BFMQƏ kimi qeydiyyatdan keçirmək imkanını müəyyən etmək üçün reqlamentə uyğun olaraq BFMQƏ-nin tərkibindəki inqrediyentlərin ilkin analizi aparılır. Əgər sapmalar müəyyən olunarsa,preparatın tərkibində düzəlişlər etmək üçün istehsalçı ilə məsləhətləşmə aparılır.

Yerli tələblərə uğun olaraq azərbaycan dilində İstifadə təlimatı hazırlanır.

Qanunvericiliyə uyğun olaraq BFMQƏ-nin qablaşmasının maketi hazırlanır.

Nümunələr üçün idxala icazə alınır və gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Qeydiyyat dosyesi və nümunələr ekspertiza aparılması üçün Səhiyyə Nazirliyinin müvəkkil etdiyi Analitik Ekspertiza Mərkəzinə təqdim olunur.

Analitik Ekspertiza Mərkəzi ilə müqavilə bağlanır və rüsum ödənilir.

Qeydiyyat prosesinin mövcud durumu izlənilir və müştəri daim məlumatlandırılır.

Ekspertiza yekunlaşdıqdan sonra biz məhsula BFMQƏ statusu verilməsi haqda ekspert rəyi alırıq.Ekspert rəyinin müddəti 1 ildir.

Sertifikasiya (2-ci mərhələ)

Daha sonra BFMQƏ-ni Azərbaycan Respublikasının ərazisinə idxal etmək və satışını həyata keçirmək hüququ verən Qida Təhlükəsizliyi Sertifikatı əldə etmək üçün Ekspert rəyi əsasında sənədlər Qida Təhlükəsi Agentliyinə təqdim olunur.Qida Təhlükəsizliyi Sertifikatı BFMQƏ-nin müəyyən seriya nömrəsinə verilir və onun qüvvədə olma müddəti preparatın son istifadə tarixini əhatə edir.

BFMQƏ-nın qeydiyyatdan keçirilmə müddəti 1-1.5 ay təşkil edir.

BFMQƏ-nin ekspertizasının həyata keçirilməsi üçün tələb olunan sənədlərin siyahısı

Normativ Aktlar:

BFMQƏ-nin ekspertizasının həyata keçirilməsi qaydası

BFMQƏ-nin tərkibinə dair tələblər

BFMQƏ-nin qablaşdırılmasına dair tələblər

BFMQƏ-nin istifadə təlimatının tərtibatına dair tələblər